Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2021 09:20
Türkiyənin "Kurtuluş Osman" serialında Lena obrazını canlandıran aktrisa Seray Kaya vertiqo (başgicəllənmə) xəstəliyi ilə mübarizə aparır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Snob Magazin"in kameralarına tuş gələn aktrisa bu barədə özü deyib.
Günorta saatlarında alış-veriş mərkəzindən çıxan aktrisa dekolteli qara paltarı ilə diqqət çəkib.
"Çətin şərtlərlə çəkilən, yorucu bir serialdan çıxdım. Onun üçün hazırda tətil havasındayam, istirahət etməliyəm", - deyə o bildirib.
Aktrisa deyib ki, uzun illərdir vertiqo xəstəliyindən əziyyət çəkir.