Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 16:16
COVID-19 pandemiyasının ilk dalğasının ortasında, elm adamları və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri belə bir vəziyyətin yaranmasına səbəb ola biləcək bir sıra nəticələr barədə xəbərdarlıq etmişdilər.
Sonxeber.net bildirir ki, ümumi fonda təhlükəli xəstəliklərin yayılması riski də artmışdı. Onların arasında "quş qripi" də var idi.
Tədqiqatçılar H5N8 qripinin yayılması barədə xəbərdarlıq edirlər. Söhbət yüksək patogenli "quş qripi"nin alt növündən gedir.
İlk dəfə onun haqqında bir neçə on il əvvəl danışırdılar. 2020-ci ildə, onlarla ölkədə quşlarda davam edən bir sıra H5N8 qripi epidemiyası təsbit edilib.
Risk qrupuna yalnız köçəri quşlar deyil, həm də təsərrüfatlarda yetişdirilən toyuq və ördəklər də daxildir.
Hazırda insanlar arasında yoluxma halları qeydə alınır. ÜST rəsmiləri 862 insanın "quş qripi"nə yoluxduğunu bildirirlər. Onlardan 455-i vəfat edib.
Bu yoluxmaların təxminən 76 faizi Misir və İndoneziyada qeydə alınıb.