Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergi qeydiyyatında olmadan kriptovalyuta alıb-satan şəxsdən necə vergi tutulur?

Vergi qeydiyyatında olmadan kriptovalyuta alıb-satan şəxsdən necə vergi tutulur?

Tarix: 27 Iyun 2021 19:42

Vergi orqanında uçotda olmayan şəxsin kriptovalyuta alqı-satqısı zamanı yaranacaq vergi öhdəliyi barədə
​Fiziki şəxsin əldə etdiyi kriptovalyutaların pul ifadəsində dəyərinin artmasından əldə olunan gəlirləri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilir.

Kriptovalyutaların satışından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə olunan gəlirləri üzrə bəyannamə təqdim etməlidir. Bu zaman kriptovalyuta satışından əldə olunan gəlirdən kriptovalyutanın alınmasına ödənilmiş məbləğ çıxılır və qalan fərqdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanıb ödənilir.
​Əsaslandırma: Vergi Məcəlləsinin 33.1-ci, 99.3.8-ci və 101.2-ci maddələri


Etiketlər:  Vergi qeydiyyatında olmadan kriptovalyuta alıb satan şəxsdən necə vergi tutulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ