Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuxuları qeyd edən texnologiya yaradılıb

Yuxuları qeyd edən texnologiya yaradılıb

Tarix: 27 Iyun 2021 19:56

Neyro-qulaqlıqdan istifadə edərək yuxuların yenidən qeyd edən texnologiya yaradılıb. Rusiya mütəxəssisləri artıq elektroensefaloqrafiya və sinir şəbəkələrindən istifadə edən beyin-kompyuter interfeysi hazırlayıb.

Alimlərin fikrincə, 2025-ci ildə neyro-qulaqlığın köməyi ilə yuxularımızı qeyd etmək mümkün olacaq. "Köməkçi neyrotexnologiyalar" layihəsi 2017-ci ildən etibarən "NeuroNet NTI"nin dəstəyi ilə davam edir. "Biz yuxuları beynin yüksək fəaliyyəti ilə müşayiət olunan "REM" fazada görürük. Yəqin ki, yuxuları detalları ilə qeyd etmək mümkün olmayacaq, ancaq kateqoriyanı təyin etməkdə mümkün olacağıq. Yəni yuxuda yaşadığınız hissləri anlamaq olacaq", - deyə "NeuroNet NTI"nin işştirakçısı bildirib.

Milli.Az


Etiketlər:  Yuxuları qeyd edən texnologiya yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ