Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistan ştammından belə qorunun

Hindistan ştammından belə qorunun

Tarix: 27 Iyun 2021 21:20

COVID-19-un bir neçə mutasiya olunmuş versiyası var. Bunlardan da biri Hindistan ştammıdır və qısa müddətdə xeyli tələfata səbəb oldu. Onun əsas xüsusiyyətlərindən biri tez yayılmasıdır.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu infeksionist Vüqar Cavadzadə deyib.

Həkim qeyd edib ki, bu virusun geniş yayılması ölüm hallarının artmasına təsir göstərir:

"Hindistan ştammının bir sıra ölkələrdə uşaqlar arasında yayılması haqqında məlumatlar var. Türkiyədə də Hindistan ştammının yayılma faktı qeydə alınıb. Bizim ölkəmizə də gəlmə ehtimalı var. Çünki qonşu dövlətlərlə hava nəqliyyatı bərpa olunub. Yay fəslinin gəlməsilə insanlar istirahət üçün bu ölkələrə gedirlər".

İnfeksionist vurğulayıb ki, Hindistan ştammından qorunmaq üçün xüsusi profilaktik tədbir yoxdur:

"Maskadan istifadə olunmalı, təmizlik və ara məsafəsinə diqqət etmək lazımdır. Hindistan ştammı genetik cəhətdən COVID-19 virusuna bənzəyir. Bu virusun tərkibi müxtəlif zülallardan ibarətdir ki, onların birinin quruluşunun dəyişməsi mutasiyaya gətirib çıxarır. Ona görə də dünyada istifadə olunan peyvəndlər Hindistan ştammına da müəyyən qədər təsir edir".


Etiketlər:  Hindistan ştammından belə qorunun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ