Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 08:30
Şimali Koreya liderinin səhhəti "xalqın ürəyini dağlayır".
Bu barədə KXDR dövlət televiziyasının süjetində bildirilib.
Qeyd olunub ki, son vaxtlar Baş katib kəskin arıqlayıb və olduqca yorğun görünür. Onun bu görkəmi isə insanların gözlərini yaşardır.
Bəzi şərhçilər süjeti ölkədə gözlənilən aclığa işarə kimi qiymətləndiriblər.
Xatırladaq ki, bu yaxınlarda Kim Çen In özü milyonlarla insanın ölümünə səbəb olan 1990-cı illərdəki aclığın təkrarlanması barədə xalqı xəbərdar edib.