Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi” “Spartak”a qarşı

“Neftçi” “Spartak”a qarşı

Tarix: 29 Iyun 2021 13:50

Ölkə xaricində təlim-məşq toplanışında olan "Neftçi"  bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Bakı təmsilçisi Rusiya "Spartak" (Moskva) ilə üz-üzə gələcək. Avstriyanın Fillax şəhərindəki "Sportzentrum Landskron"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qarşılaşma "Neftçi TV" və Rusiyanın "Matç TV" kanalları vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də "Olimpiya" (Sloveniya) ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə "Domjale"yə (Sloveniya) 1:2 hesabı ilə uduzub.

29 iyun

19:30. "Neftçi" - "Spartak" (Rusiya)
Avstriya, "Sportzentrum Landskron" stadionu

Milli.Az


Etiketlər:  Neftçi Spartaka qarşı


RƏYLƏR