Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2019 11:36
"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi olan APOEL-in futbolçusu Alef dos Santos zədələnib.
Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçi dünən ikinci liqa təmsilçisi "Ayia Napa" ilə yoxlama oyununda (2:2) zədə alıb. Onun durumunun ciddi olub-olmadığı bu gün tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Qarabağ" - APOEL görüşü avqustun 13-ü olacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.