Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərdən Qarabağda YENİ PLAN - Rusiya baş rolda - ŞƏRH

Ermənilərdən Qarabağda YENİ PLAN - Rusiya baş rolda - ŞƏRH

Tarix: 29 Iyun 2021 16:57

"Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdə yaşayan ermənilərə Rusiya vəsiqələrinin verilməsi ilə bağlı məsələnin siyasi və hüquqi tərəfləri var".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, Rusiya özü Qarabağdakı ermənilərə "pasport" paylamayacaq:

"Hüquqi tərəfi ondan ibarətdir ki, Rusiya qanunvericiliyinə uyğun olaraq keçmiş Rusiya imperiyası və keçmiş SSRİ-yə daxil olan ərazilərdə yaşayan şəxslərə Rusiya vətəndaşlığı yüngülləşdirilmiş formada verilir. Siyasi məsələyə gəlincə, indiki şəraitdə belə bir addımın atılması Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayan ermənilərin bir təşəbbüsü ola bilər. Çünki onlarda əsas fikir odur ki, onlar Azərbaycanın daxilində yaşamaq istəmirlər. İndi Ermənistanda rəhbərlikdə olan şəxslər də açıq şəkildə bu fikri səsləndirirlər və onlar bunun üçün bütün variantlara əlatırlar.

26 il ərzində onlar "status" haqqında düşünürdülər. Müharibə nəticəsində onlar artıq anlayırlar ki, status mümkün olmayacaq və bu, yeni provokativ bir fikirdir. Vaxtı ilə belə bir fikri şərh edən Rusiya XİN rəhbəri də Rusiya tərəfindən vəsiqələrinin paylanılmasının qeyri-mümkünlünü ifadə etmişdi və bu, növbəti eskalasiyaya gətirib çıxardan amillərdən biridir. Amma burada digər bir maraqlı məqam da var: orada yaşayan ermənilərin hamısı Ermənistan Respublikasının vətəndaşıdır və oranın vəsiqəsini daşıyır. Və Rusiya Federasiyasında hüquqi qanundan istifadə edərək yüngülləşdirilmiş formada Rusiya vəsiqəsinin alınması üçün müraciət edə bilərlər. Bunun nəticəsində  onlar oradan köçüb Rusiya ərazisində yaşamağa daha böyük imkanlar yaranır, nəinki indiki şəraitdə. Yəni, Rusiyada bu qanunvericilik təxminən 6-7 il bundan qabaq qəbul olunub. Bu qanundan ən çox yararlanaraq Rusiya vətəndaşlığını alıb, Rusiyada qalan məhz Ermənistan Respublikasının vətəndaşlarıdır. Ona görə Ermənistanda əhalinin demoqrafik vəziyyətində də bunu açıq-aşkar müşahidə etmək mümkündür. 

Qarabağdakı separatçı rejim qalıqlarının məqsədi budur ki, əgər onlar Rusiya vətəndaşlığı alsalar Rusiyanın marağı daha artacaq ki, - Rusiyanı bu münaqişəyə artıq tərəf kimi çıxış etməyə sövq edəcəkdir. Amma praktika onu göstərir ki, Rusiya özü Qarabağdakı ermənilərə "pasport" paylamayacaq. Çünki bu, onun neytral statusuna zidd bir hərəkət olacaq. Ermənilər özləri müraciət edib alsalar, bu, Qarabağdakı ermənilərin sayının azalmasına gətirib çıxardacaq. Yəni, bu fakt və praktikalar var ki, Rusiya harada vəsiqəsini paylayır, - misal üçün, Abxaziyada Rusiya vəsiqələrini payladı, abxazlar yavaş-yavaş köçdülər Rusiya ərazisinə. Donbasda payladı, orada iş tapa bilməyən hamısı köçüb Rusiyaya. Yəni, bu praktika var ki, bu praktikadan da istifadə edən ermənilərin Rusiyaya köçü baş verəcəkdir.

Yekunda, əsas iki fikir ondan ibarətdir ki, Rusiya özü bu vəsiqələri paylamayacaq, çünki bu, onu tərəf qismində çıxış etməyə sövq edəcəkdir. Bu da indiki və növbəti mərhələlər üçün Rusiyanın marağında deyil. İkincisi də ermənilər özləri Rusiya qanunvericiliyindən istifadə edərək Ermənistan Respublikasının vətəndaşı olaraq Qarabağ erməniləri müraciət edib vəsiqə alsalar, təcrübə onu göstərir ki, bu, böyük köçə səbəb olacaq, buna bir şərait yaradacaq".

Təhməz Əsədov


Etiketlər:  Ermənilərdən Qarabağda YENİ PLAN Rusiya baş rolda ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ