Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çakır bunu bacaran yeganə hakimdir

Çakır bunu bacaran yeganə hakimdir

Tarix: 29 Iyun 2021 17:44

Türkiyə Futbol Federasiyasının hakimi Cüneyt Çakır Avropa çempionatları tarixində yeni rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, buna Avro-2020-nin 1/8 finalında idarə etdiyi İspaniya - Xorvatiya oyunundan (5:3) sonra nail olub. Bununla da, 44 yaşlı referinin Avropa çempionatlarının final mərhələsində baş hakim olduğu matçların sayı 9 olub. C.Çakır Avropa çempionatlarının final mərhələsində ən çox oyun idarə edən hakim olub. O, Andre Friski geridə qoyub.

C.Çakır Avro-2008 və Avro-2012-nin hərəsində 3, Avro-2020-də isə indiyə kimi 3 qarşılaşmada baş hakim olub.

Milli.Az


Etiketlər:  Çakır bunu bacaran yeganə hakimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ