Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada rekord ölüm sayı qeydə alındı

Rusiyada rekord ölüm sayı qeydə alındı

Tarix: 29 Iyun 2021 18:56

Rusiyada son sutka ərzində 20 616 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 493 557 nəfərə çatıb.

Son sutka ərzində 652 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, Rusiyada pandemiya dövründə sutka ərzində qeydə alınmış maksimum ölüm sayıdır.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 134 545 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.


Etiketlər:  Rusiyada rekord ölüm sayı qeydə alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ