Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderland millisi baş məşqçisi ilə vidalaşdı

Niderland millisi baş məşqçisi ilə vidalaşdı

Tarix: 29 Iyun 2021 19:12

Niderland millisi baş məşqçi Frank de Burla yollarını ayırıb.

Milli.Az report-a istinadla xəbər verir ki, bu barədə Niderland Kral Futbol İttifaqının (KNVB) rəsmi saytı məlumat yayıb.

Komanda Avropa çempionatının 1/8 final mərhələsində Çexiyaya 0:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, Frank de Bur 2020-ci ilin sentyabrından yığmaya rəhbərlik edib. 51 yaşlı mütəxəssisin müqaviləsi 2022-ci ildə başa çatmalı idi.

Milli.Az


Etiketlər:  Niderland millisi baş məşqçisi ilə vidalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ