Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2021 21:12
Gürcüstanda pandemiya səbəbindən 2020-ci ilin noyabrından tətbiq olunan komendant saatı ləğv olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasındakı operativ qərargahın rəhbəri Qeorqi Qibradze məlumat verib.
Onun sözlərinə görə, şuranın müvafiq qərarına əsasən, iyunun 30-da saat 23:00-dan etibarən komendant saatı tətbiq edilməyəcək.
Gürcüstanda komendant saatı ötən il noyabrın 28-dən tətbiq olunub. Ölkə üzrə saat 21:00-dan 05:00-dək piyadalar və avtomobillərin hərəkəti qadağan edilmişdi. Bu il iyunun 1-dən məhdudiyyət müddəti saat 23:00-dan 04:00-dək qısaldılmışdı.