Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada koronavirusa yoluxma yenidən sürətlənib - ÜST

Dünyada koronavirusa yoluxma yenidən sürətlənib - ÜST

Tarix: 1 Iyul 2021 09:20

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirüs xəstəliyinin yüksək səviyyədə olduğunu açıqlayıb. Belə ki, son yeddi gündə 2 600 313 yeni koronavirus xəstəsi qeydiyyata alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə RT xəbər yayıb.

"Yoluxma halları çox yüksək olaraq qalır. Keçən həftə hər gün orta hesabla 370 mindən çox insan xəstələnib", - deyə təşkilat rəhbəri bildirib.

Bununla belə, həftə ərzində dünyada koronavirus xəstələrinin ölüm sayında 10 faiz azalma (57 603) qeydə alınıb.

Xatırladaq ki, bir gün əvvəl qonşu Rusiyada koronavirusun "Delta+" ştammının aşkar edildiyi məlum olmuşdu.

Milli.Az


Etiketlər:  Dünyada koronavirusa yoluxma yenidən sürətlənib ÜST


RƏYLƏR