Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' Ramosun yerinə türk futbolçu transfer edir - 45 milyon avro

''Real'' Ramosun yerinə türk futbolçu transfer edir - 45 milyon avro

Tarix: 2 Iyul 2021 15:06

Serxio Ramosla yolları ayıran "Real" müdafiənin mərkəzinə türk futbolçu transfer edir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Madrid klubu "Lester"dən Çağlar Söyüncünü heyətinə qatır. Məlumata görə, ispanlar Türkiyə millisinin üzvü üçün 30 milyon avro təklif edib. Lakin "Lester" bu məbləğlə razılaşmayıb və 45 milyon avro tələb edib. "Real"ın bu məbləğlə razılaşacağı deyilir.
Qeyd edək ki, Çağlar Söyüncü 2016-cı ildə "Altınordu"ndan 7,93 milyon avroya "Frayburq"a keçib. "Lester" isə onu 2018-ci ildə 21,1 milyon avroya heyətinə qatıb. "Transfermarkt"ın 45 milyon avro qiymət qoyduğu futbolçu son mövsümdə 32 oyuna çıxaraq 1 qol vurub.

Milli.Az


Etiketlər:  Real Ramosun yerinə türk futbolçu transfer edir milyon avro


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ