Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bilgəh çimərliyi tullantılardan təmizləndi

Bilgəh çimərliyi tullantılardan təmizləndi

Tarix: 2 Iyul 2021 19:14

Bilgəh çimərliyi məişət tullantılarından təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bilgəh çimərliyinə yaxın sahəyə məişət tullantılarının atılması barədə daxil olan fotogörüntüdəki ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Sabunçu rayon MKTB-yə məcburi göstəriş verilib.

Milli.Az


Etiketlər:  Bilgəh çimərliyi tullantılardan təmizləndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR