Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lalə yenə ''mürəbbə'' məsələsindən danışdı - ''Ağzınız şirin oldu?''

Lalə yenə ''mürəbbə'' məsələsindən danışdı - ''Ağzınız şirin oldu?''

Tarix: 2 Iyul 2021 19:55

Tarif Şurasının qaz və işığın qiymətində artım etməsi bir neçə gündür sosial şəbəkə və verilişlərin müzakirə mövzusuna çevrilib. Diqqət çəkən məqamlardan biri isə ötən gün aparıcı Lalə Azərtaşın "Birinci studiya"da məsələ ilə bağlı səsləndirdiyi fikirlər olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  aparıcı İnstaqram səhifəsində video paylaşaraq eyhamla işlətdiyi sözlərdə xalqın dili ilə çıxış etdiyini, yayılan videoda sözlərinin kəsildiyini deyib:

"Böyük təəccüb və təəssüf içindəyəm. Qara piyarı başa düşdüm. Bundan qidalanırsınız, qazanırsınız, reytinqiniz var və s. Amma niyə bir xanımın çıxışının əvvəlini və sonunu kəsib, ortadakı cümləni, "mürəbbə" məsələsini fərqli başlıq altında fırladıb, insanlara yedirtməyə çalışırsınız? Ağzınız şirin oldu? Çətin... Təssüfüm nədir? İnsanlarımız nəəcəb sona qədər qulaq asmadan, girək baxaq görək nə deyib, oradakı səs tonunu, eyhamı, sarkazmı, o son cümlələrdəki "Qiymət artımına qəti qarşıyam" sözlərini tutmadan, nəəcəb əllərinə telefonlarını alıb yazmağa başladılar? Fərqli bir rahatlıq var içimdə, sevinc hissi var. Bacınız sizə qurban, bu gün mənim qazi qardaşlarım çox fərqli formalarda dəstək nümayiş etdirdilər. Şəhid ailələrimiz: "Qızım, yanınızdayıq, necə ki, sən yanımızdaydın. Sən bizim adımızdan danışdın" dedilər. Peşə borcumdur. Biz mavi ekrana həqiqətləri demək üçün çıxırıq. Siz diqqətlə qulaq assanız, görəcəksiniz ki, mən o çıxışda nə demişəm, necə və niyə demişəm. Siz ağı qaradan seçən və gözü tərəzi olan insanlarsınız".

Qeyd edək ki, Azərtaşın sosial şəbəkədə yayılan videosundan sonra vətəndaşlar onu yaltaqlıqda günahlandırıb, tənqid etməyə başlamışdılar.

Milli.Az


Etiketlər:  Lalə yenə mürəbbə məsələsindən danışdı Ağzınız şirin oldu


RƏYLƏR