Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bundan sonra adı Çingiz yox, Rumi olacaq

Bundan sonra adı Çingiz yox, Rumi olacaq

Tarix: 2 Iyul 2021 20:55

"3 ilə yaxındır musiqiçi kimliyimdə bir təkamül baş verib və elektronik musiqi dünyasına daxil olmuşam. Bu dünyaya ayaq basmaq, mənim üçün uzun bir yolculuq idi. Gecə-gündüz davam edən araşdırmalar, məşqlər, hazırlıqlar, yoxlamalar və nələr-nələr".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev sosial şəbəkədə yazıb. İfa janrını dəyişən sənətçi özünə yeni səhnə adı seçdiyini də söyləyib:

"Heç bir zaman limitlər çərçivəsində yaradıcılıqla məşğul olmağı, düşünməyi sevməmişəm. Hər zaman limitlərin üzərində hərəkət etmişəm. Çərçivələri qırmaqdan mənəvi zövq almışam. Yolun başında olduğumu düşünsəm də, artıq özümü hazır hiss edirəm.

"Elektronik musiqiçi" kimi artıq qarşınızdayam və sizlərlə yeni səhnə təxəllüsüm olan "Rumi"-ni paylaşmaq istərdim. Bu mənim musiqiçi kimliyimin "alter eqo"sudur. Musiqiçi kimliyimin içində məndən başqa bir mən var. Bu mən "Rumi"dir. Məqsədlərim, planlarım böyükdür".

Milli.Az


Etiketlər:  Bundan sonra adı Çingiz yox Rumi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ