Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur şəlalələr qurumaq üzrədir - VİDEO

Məşhur şəlalələr qurumaq üzrədir - VİDEO

Tarix: 3 Iyul 2021 13:02

Mütəxəssislər bunu qlobal istiləşmə prosesi ilə əlaqələndirir

Milli.Az Real TV-ə istinadən bildirir ki, bu, qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin diqqətini cəlb edən şəlalənin ötən ilki görüntüsüdür. Bu isə hazırkı vəziyyəti...

Göründuüyü kimi məşhur dağ şalaləsi qurumaq təklükəsi qarşısındadır. Söhbət Qubanın Afurca kəndində yerləşən, geoloji təbiət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan Afurca şəlaləsindən gedir.

Qubaya gələn turistlərin ən çox üz tutduğu məkanlardan biri Afurca şəlaləsidir. Lakin ötən illərlə müqayisədə bu il bu əraziyə gələn turistlərin sayı xeyli azalıb. Səbəb isə çox sadədir şəlalənin quruması...

Afurca kəndin yaşlı sakinləri ilk dəfədir belə hadisə ilə rastlaşdıqlarını bildirir. Sakinlərin sözlərinə görə, şəlalə hər zaman gursululuğu ilə diqqəti cəlb edib.

Şəlalənin suyunun 70-80 faiz azalması əraziyə gələn turistlərin sayına da təsirini göstərib.

Qubada qurumaq üzrə olan şəlalələrdən biri də Suatan şəlaləsidir. Hansi ki, bura gursulu şəlalələrdən hesab olunurdu və hər il minlərlə turist məhz bu ərazini ziyarət edirdi. İndi isə çox az sayda turisti bu ərazidə görmək mümkündü.

Şəlalənin indiki vəziyyəti yerli sakinləri də təəssüfləndirir. Onlar birinci dəfədir belə halla qarşılaşdıqlarını deyirlər.

Mütəxəsislər isə yaranan problemi qlobal istiləşmə prosesi ilə əlaqələndirirlər. Corğafiyaşünaş Şıxəmməd Seyidməmmədovun sözlərinə görə, su ehtiyatlarının azalması nəticəsində həm çaylarda həm də bulaq və şəlalələrdə quruma prosesi müşahidə edilir. Bu səbəbdən də sudan maksimum qənaətlə istifadə etmək tövsiyə olunur.

Hidrometroloqlar isə bildirir ki, son illər dağlıq ərazilərə yağan qar ehtiyatının normadan az olması, düşən yağıntının azalması və eyni zamanda, yay dövründə anomal temperatur artımı nəticəsində suyun səthində baş verən buxarlanmanın kəskin artması mövcud vəziyyətin yaranmasına səbəb olub.

Qeyd edək ki, problemin ciddiliyi nəzərə alınaraq ölkə başçısının müvafiq Sərəncamına əsasən su ehtiyatlarının idarə olunması üzrə dövlət komissiyası yaradılıb. çaylarda suyun azalması, şəlalələrin quruması sudan qənaətlə və səmərəli istifadə olunması üçün ciddi bir siqnal olmalıdır.

Milli.Az


Etiketlər:  Məşhur şəlalələr qurumaq üzrədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ