Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güləşçimiz erməni rəqibini məğlub etdi

Güləşçimiz erməni rəqibini məğlub etdi

Tarix: 3 Iyul 2021 16:24

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.

Milli.Az-ın Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Nihat Məmmədli ilk görüşdə erməni rəqibinə gücünü göstərib.

Həsrət Cəfərov 1/8 finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. Xasay Həsənli Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Murad Əhmədiyev debütdə Gürcüstan güləşçisinə məğlub olub.

60 kq
1/8 final: Nihat Məmmədli - Davit Jotyan (Ermənistan) 3:1
1/4 final: Nihat Məmmədli - Numan Bayram (Almaniya)

67 kq
1/8 final: Həsrət Cəfərov - Adam Pohileç (Macarıstan) 8:0
1/4 final: Həsrət Cəfərov - Nikolay Dzezov (Bolqarıstan)

72 kq
Təsnifat: Xasay Həsənli - İvo Sviqler (Çexiya) 9:0
1/8 final: Xasay Həsənli - İqor Botez (Rumıniya)

82 kq
Təsnifat: Murad Əhmədiyev - Yaqo Qobadze (Gürcüstan) 0:9

Milli.Az


Etiketlər:  Güləşçimiz erməni rəqibini məğlub etdi


RƏYLƏR