Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Taliban Kabula doğru irəliləyir - Hökumətin iflası reallaşa bilər

Taliban Kabula doğru irəliləyir - Hökumətin iflası reallaşa bilər

Tarix: 5 Iyul 2021 14:48

Yayılan son məlumatlara görə, "Taliban" silahlı qruplaşmasının Əfqanıstanın şimalında hücumu intensivləşib. Yüzlərlə əfqan əsgər Tacikistana qaçıb. Tacikistan sərhədçilərinin iyulun 5-də bildirməsinə görə, ötən gecə sərhədi 1037, iyulun 4-də isə 94 əsgər keçib.

Sonxeber.net lenta.ru-ya istinadən xəbər verir ki, "Taliban" son vaxtlar Bədəxşanda böyük ərazilər tutub, üç gün ərzində vilayətin 27 rayonundan 16-sı qruplaşmanın əlinə keçib. Təhlükəsizlik qüvvələri rayonların çoxunu müqavimətsiz tərk edib. Əsgərlərin əhvalının yüksək olmadığı, çox vaxt say uyğunsuzluğu, təchizat qıtlığı ilə üzləşdikləri bildirilir. "Təəssüf ki, rayonların çoxu Talibana döyüşsüz verilib", - vilayət şurasının üzvü Möhübül Rəhman deyib. Taliban döyüşçülərinin hazırda Badaxşanın regional paytaxtı Fayzabadın darvazaları önündə olduğu xəbər verilir. Onlar şəhəri mühasirəyə alıblar, aeroporta təhlükə yaranıb. Yerli rəsmilər "Taliban"ın şəhərə girməyəcəyini deyiblər. Daxili İşlər Nazirliyi iyulun 3-də əhalini geri çəkilmələrin müvəqqəti olduğuna inandırmağa çalışıb. Amma hökumətin nəzarəti nə vaxt ələ alacağı bəlli deyil.

ABŞ prezidenti Co Bayden apreldə əsgərlərin sentyabradək çıxarılacağını açıqlayıb. O vaxtdan "Taliban" hücuma başlayıb, hazırda ölkənin 421 rayonu və rayon mərkəzindən üçdə birinə nəzarət edir. Beynəlxalq qüvvələr Əfqanıstandan çıxdıqca Kabildə Qərbin dəstəklədiyi hökumətin iflas edəcəyi sarıdan narahatlıq artır. İyulun 2-də beynəlxalq qüvvələrin hamısı ABŞ-ın Əfqanıstandakı ən böyük hava bazasını olan Bağramdan çıxıb. Taliban ölkənin Özbəkistan və Tacikistanla sərhədi boyunca çoxsaylı rayonları ələ keçirib.

Tacikistan sərhədçiləri iyunun 22-dən 1600-ə yaxın əfqan əsgərin bu ölkəyə sığındığını bildirir. Onların "humanizm və xoş qonşuluq" əsasında Tacikistana girməsinə icazə verildiyi vurğulanır. Talibanın şimalda möhkəmlənməsi bu ərazinin Mərkəzi Asiyaya giriş qapısı olması baxımından vacibdir. 1990-cı illərdə qruplaşma sözügedən əraziyə nəzarəti ala bilməmişdi. Kabildə yerləşən bir mərkəzin təhlilinə görə, Talibanın şimal strategiyası "şimalda müxalifətin təşkilatlanmasına qarşı qabaqlayıcı zərbəyə oxşayır".

Kamran Seyidov


Etiketlər:  Taliban Kabula doğru irəliləyir Hökumətin iflası reallaşa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ