Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rozanın oğlu toyuna hazırlaşırdı - NİŞANI QAYITDI - SƏBƏB

Rozanın oğlu toyuna hazırlaşırdı - NİŞANI QAYITDI - SƏBƏB

Tarix: 5 Iyul 2021 15:20

Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov nişanını qaytarıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçının oğlu bu barədə "Zaurla Günaydın" verilişində bildirib:

"Ayrıldım. Qız mənə seçim qoymuşdu: ya anan, ya da mən. O qızdan hər dəfə ayrılırdım. Amma elə oyunlar qururdu ki, barışırdım. Bu oyunların arxasında başqa adamlar dayanırdı".

Qeyd edək ki, R.Zərgərli Lent.az-a açıqlamasında oğlunu evləndirməyə hazırlaşdığını demişdi:

"Demişdim ki, öncə övladımın verdiyi qərarla tanış olaram, sonra özüm qərar verərəm. Oğlumun da seçimi elə gözəl olub ki... Mən də o seçimlə razı oldum. Əsgərliyi yeni bitirib. Öz işini qurur, evinin təmiri ilə məşğuldur. Mənə deyir ki, ailə qurub, xanımımı sənin evinə niyə gətirim? Deyir ki, ailə qururamsa, öz ayağım üstündə durmağı bacarmalıyam. Məndən olsaydı, artıq bu il evliydi".

Milli.Az


Etiketlər:  Rozanın oğlu toyuna hazırlaşırdı NİŞANI QAYITDI SƏBƏB


RƏYLƏR