Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanın ikibaşlı oyunu Rusiyanı qəzəbləndirdi - Azərbaycan məqsədinə çatır

İrəvanın ikibaşlı oyunu Rusiyanı qəzəbləndirdi - Azərbaycan məqsədinə çatır

Tarix: 5 Iyul 2021 16:06

"Mina xəritələrinin geri alınması diplomatiyamızın uğuru kimi səciyyələndirilə bilər. Çünki rəsmi Bakının təzyiqi olmadan bunu etmək mümkün deyil".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Rusiyanı inandırmağı bacardıq ki, Rusiya olmasa meydana Amerika daxil ola bilər:

"Mina xəritələrinin alınması prosesləri təzyiq altında keçən proseslərdir. Ermənistan tərəfi vaxtı ilə ümumiyyətlə deyirdi ki, bizdə mina xəritəsi yoxdur. Sonra təzyiq vasitəsi ilə məcbur oldular etiraf etsinlər ki, onlarda bu mina xəritələri var və onları yalnız Azərbaycanın ələ keçirdiyi erməni diversantlarının qarşılığında verə bilərlər. 

Azərbaycanın təzyiqi olmasa bu uğuru əldə etmək mümkün olmazdı. Düşünürəm ki, Azərbaycan diplomatiyasının digər vasitəçilərlə birgə səyləri nəticəsində bu uğurun əldə edilməsi bizim üçün əsas məsələdir. Bu, həm diplomatiyamızın effektivliyindən xəbər verir, həm də eyni zamanda Ermənistanı məcbur edir ki, mina xəritələrini Azərbaycana versinlər. Hələ işğaldan azad edilən digər ərazilərin də xəritələri qalır, onlarn da verilməsi gözlənilir. Bu ardıcıllıqla işlər getsə ona da nail olmaq olar. 

Mina xəritələrinin bu ardıcıllıqla Azərbaycana verilməsi Zəngəzur dəhlizinin reallaşması çərçivəsində gedən proseslərdir. Məntiqə uyğun olaraq düşünürəm ki, üzümüzə gələn yaxın vaxtlarda Cəbrayılın da mina xəritəsi Azərbaycana verilməlidir. Zəngəzur dəhlizi boyu bütün bu proses sürətlə davam etməlidir. Füzuli və Zəngilanın mina xəritələrinin verilməsində RUsiyanın səyi də göstərir ki, bu prosesdə Rusiyanın da praktiki marağı var. Çünki Zəngəzur dəhlizi Rusiyanın da logistik imkanlarını genişləndirir. Ona görə də eyni zamanda burada Azərbaycan və Rusiyanın maraqlarının üst-üstə düşməsi də müəyyən dərəcədə bu prosesi məhsuldar edir. Bunu da demək lazımdır ki, ilk belə addım (Ağdamın mina xəritəsinin verilməsi- red) Amerikanın vasitəçiliyi il həyata keçirilib. Amma burada müəmmalı məsələlər ortaya çıxıb: Necə ola bilər ki, üçtərəfli sazoşdə Amerika yoxdur, amma onun vasitəçiliyi ilə bu, həyata keçirildi?! Açıq deyək, burada Moskvanın narahatçılığı da hiss edilirdi. Moskva narazı idi ki, Ermənistan bu addımı Amerika ilə atdı. Əslində isə bu addım Moskvanın təşəbbüsü ilə atılmalı idi. Marina Zaxarova hələ martda çıxışı zamanı demişdi ki, mina xəritələrinin Azərbaycana təhvil verilməsi prosesi Rusiya sülhməramlılarının səlahiyyətindədir. Rusiya çalışırdı ki, bu məsələ məhz Rusiyanın iştirakı ilə olsun, amma Ermənistan məsələnin müddətini "Seçkilərdir" deməklə uzadırdı. Amma onlara seçkilər mane olmadı ki, Amerikanın vasitəçiliyi ilə bu addımı atsınlar. Çox güman ki, Ermənistanın bu hərəkəti Rusiyanı qəzəbləndirib. Amerika bir rayonun (Ağdam) mina xəritəsini alıb verdisə, Rusiya acığa iki rayonun xəritəsini Ermənistandan alıb Azərbaycana təhvil verdi. Bu vəziyyət təxminən bu cürdür. 

İş orasındadır ki, bizim diplomatiyanın uğuru bundan ibarətdir ki, biz Rusiyanı da inandıra bilmişik ki, Zəngəzur dəhlizi onların da xeyirinədir. Eyni zamanda Rusiyanı inandırmağı bacardıq ki, Rusiya olmasa meydana Amerika daxil ola bilər. Əslində üçtərəfli sazişdə Amerika, Fransa, Minsk Qrupu yoxdur. Bu, Rusiyanın prestij məsələsidir. Rusiya deyir ki, xeyir ola sazişdə adı keçən mənəm, amma bu addım Amerika ilə atılmalıdır.

Bəzi ehtimallar irəli sürülür ki, "Rusiya güya istəmirdi mina xəritələrinin Azərbaycana verilməsini. İk olaraq Amerika ilə bu məsələ çözüləndən sonra Rusiya məcbur oldu". Bu, belə deyil, Rusiya istəyirdi, sadəcə bu məsələdə də Ermənistanın xəyanəti ilə üzləşdi. İrəvanın bu addımı Rusiyanı qəzəbləndirdi: Sən burada mənlə danışırsan, Amerika ilə niyə həll etməlisən?! 

Rusiya Ağdamın mina xəritəsi məsələsində ermənilərin hiyləsinə aldandı. Ermənilər Rusiyanı inandırırdılar ki, "seçkilərdi, amandır. Biz bunu etməyək hələ". - Necə yəni, sən məni inandırırsan ki, seçkilərdi, mən vaxt uzadıram. Sən də başqaları ilə (Amerika, Gürcüstan) bunu həyata keçirirsən?! 

Azərbaycan üçün fərqi yoxdur, kim bizə minalanmış ərazilərin xəritələrinin verilməsində vasitəçilik edir etsin, biz istəyirik əsas o xəritələri alaq. Amma burada bu "oyunçular" öz xeyirlərini güdürlər. Və Ermənistan imkan vermədi ki, Rusiya xeyirini ilk addımda (Ağdamın mina xəritələri məsələsində-red) büruzə versin. Biz də Rusiyanı inandırdıq ki, "biz sizlə danışıq aparırdıq, siz bizə vəd etmişdiniz, biz də gözləyirdik. Amma Amerika qoşuldu, biz nə edək?! Bizə əsas mina xəritələri verilsin. Siz gedin probleminizi onlarla çözün". Rusiya bu məsələdə həm də Azərbaycanın Rusiyaya olan etmiadının itməsindən narahat oldu.

Rusiya əslində bir daha gördü ki, Azərbaycan ardıcıl siyasət həyata keçirir, daha etibarlı tərəfdaşdır, çünki biz sözümüzün ağasıyıq. Amma Ermənistan burada ikibaşlı oyun oynayır. Ehtimallar dolaşır ki, Ermənistan tam olaraq Rusiyaya tabedir, amma bu hadisələr də göstərir ki, elə deyil. Rusiyaya maraqlı idi ki, ilk bu addım onların vasitəçiliyi ilə atılsın və Rusiyanın nəzarəti altında proses davam etsin. Ermənistan ikibaşlı oyunu ilə Rusiyanı qəzəbləndirdi. 

Əslində isə bütün bu gedişat Azərbaycanın xeyirinə cərəyan edir. Çünküi artıq Rusiya ilə Amerika, Qərb arasında mina xritələrinin Azərbaycana alınıb verilməsi üçün bir mübrizə, bir yarış gedir. Bu da Azərbaycanın istədiyi kimi, prosesləri sürətləndirir. Bizim bu məsələdə əsas məqsədimiz odur ki, məhz xəritələr verilsin, sərhədlərimiz tamamilə bərpa olunsun, sonra da deblokada olunsun və Rusiya sülhməramlılarının hazırda nəzarətində olan Xankəndi və digər ərazilərimiz tam olaraq Azərbaycanın yurisdiksiyasına keçsin. Əsas məqsədimiz budur".

Təhməz Əsədov


Etiketlər:  İrəvanın ikibaşlı oyunu Rusiyanı qəzəbləndirdi Azərbaycan məqsədinə çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ