Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 12:54
Azərbaycanın bir sıra bölgələrində seysmik stansiyaların quraşdırılması prosesinə başlanıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki,Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən artıq İsmayıllı, Daşkəsən və Tovuz rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb.
Tovuzda seysmik stansiyanın tikintisi üçüm ucqar dağ kəndlərindən biri olan Çataq kənd inzibati ərazi dairəsi seçilib.
İsmayıllı rayonunda da seysmik stansiyaların quraşdırılması prosesi gedir. Seysmik stansiyaların quraşdırılması prosesi rayonunun iki kəndində aparılıb, yeni avadanlıqlar qurlaşdırılıb.
Hazırda digər rayonlarda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir.
Seysmik stansiyaların quraşdırılması Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə "Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: