Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 08:12
Bakı. Trend:
Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev Dövlət Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasına yerləşdirlib.
Trend-in xəbərinə görə, bu barədə A.Atambayevin vəkili Serqey Slesarev məlumat verib.
Onun sözlərinə görə, bunun bağlı məhkəmə qərar qəbul edib.
Qeyd edək ki, 2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin