Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 22:16
Albaniya parlamenti Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatlarını (PUA) almaq üçün ölkənin Müdafiə Nazirliyinin büdcəsinə əlavə 8 milyon avro vəsait ayrılmasını təsdiqləyib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Albaniyanın Türkiyədən PUA alması barədə razılaşma bu ölkənin Baş naziri Edi Ramanın ötən ay Ankaraya səfəri zamanı əldə olunub.
Baş nazir Edi Rama bu razılaşma ilə bağlı fikirlərini belə ifadə edib ki, Albaniya hökuməti Türkiyə PUA-ları ilə yolları, sahil zolaqlarını, meşələri, ictimai asayişin mühafizəsini gücləndirmək niyyətindədir.