Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ''şüşə, ''patı'' istifadə edən uşaqların sayı artır - Həkimdən SOS

Azərbaycanda ''şüşə, ''patı'' istifadə edən uşaqların sayı artır - Həkimdən SOS

Tarix: 6 Iyul 2021 22:27

"Son vaxtlar Azərbaycanda ölkədə "patı", "şüşə", "metamfetamin" kimi süni narkotik istifadəçilərin sayı durmadan artır. Ən pisi odur ki, yeniyetmələr də bu şəbəkəyə cəlb olunur".
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib. Həkim hüquq mühafizə orqanlarını təcili tədbir görməyə səsləyib:

"Patı"nın məktəblərdə istifadəsi başlanılsa durumu təsəvvür edə bilirsiniz? Belə fikir var ki, süni narkotik ölkənin daxilində istehsal olunur. Düşünürəm ki, hüquq mühafizə orqanları üçün bu istehsal şəbəkəsini aşkar etmək çətin olmamalıdır. Bu günə qarşısı alınmayıbsa, deməli, kimlərsə himayə edir bu "ölüm istehsalçıları"nı. Biz cəmiyyət olaraq balalarımızı qorumaq üçün ayıq-sayıq olmalıyıq, şübhə yaranarsa, dərhal müvafiq qurumları məlumatlandırmalıyıq".

Vaqif Qarayev hesab edir ki, narkomana kriminal ünsür kimi yox, xəstə kimi yanaşılmalıdır:

"Onların doğmalarına dəstək olub bu bəladan xilas olunmasına çalışmalıyıq. Bütövlükdə, vəziyyət pisdir, uşaqlarımızı necə qoruyaq?".


Etiketlər:  Azərbaycanda şüşə patı istifadə edən uşaqların sayı artır Həkimdən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ