Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceksonla bağlı uşaq istismarı iddialarına son qoyuldu

Ceksonla bağlı uşaq istismarı iddialarına son qoyuldu

Tarix: 7 Iyul 2021 18:20

Son bir neçə ildir mərhum pop ulduz Maykl Ceksonun adı uşaq istismarı iddialarında hallanır. Hətta ona məxsus evdə bunun üçün ayrıca otağın olduğu da bildirilib. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, 2019-cu ildə yayımlanan müğənninin həyatı ilə bağlı sənədli filmdə uşaqlara təcavüz etməsi haqda iddialar uzun müddət gündəmdən düşməyib.

Eyni zamanda Maykl Cekson sözügedən məsələ ilə əlaqədar 2005-ci ildə mühakimə edilsə də, günahsız olduğu sübuta yetirilib. İndi isə müğənninin keçmiş cangüdəni Matt Fiddes mövzu ilə bağlı sükutunu pozub.

"Ceksonun uşaq otağı hazırlaması yalandır. Evi alanda otaq zatən orada idi. Ev milyaderdən satın alınıb, həmin otaq da ona məxsus idi" deyə, o, bildirib.

Hər kəsin otağa girişi olduğunu vurğulayan cangüdən "Dəfələrlə Ceksonun pərəstişkarları evinin yaxınlığına paraşütlə enirdi və ardından təhlükəsizlik siqnalları çalırdı. Bu zaman işçilər ondan həmin otağa keçməyi xahiş edirdilər. Yəni gizli bir otaq deyil, insanlar cəfəngiyat danışırlar" deyə, mərhum müğənnini müdafiə edib.

O bildirib ki, mövzunu hazırlayanlar bu iddianın məhkəmə tərəfindən Maykl Ceksonun günahsız olduğunun sübuta yetirilməsi detalını unudurlar. O, bunu yalnız izləyicilərin başqa bir kanala keçməməsi üçün edilən bir şou olduğunu deyib.


Etiketlər:  Ceksonla bağlı uşaq istismarı iddialarına qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ