Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 08:08
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının 19-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğının olduğu əraziyə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən bildirilib ki, yanğınsöndürən texnikaların küçəyə daxil olması çətin olub. Səbəb bina sakinlərinin avtomobilləri həyətyanı ərazidə düzgün park etməməsi olub.
Buna görə də əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Həyata keçirilən operativ tədbirlər nəticəsində qısa müddət ərzində yanğın məhdudlaşdırılaraq söndürülüb.