Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yayda əməl olunması gərək 5 qayda

Yayda əməl olunması gərək 5 qayda

Tarix: 8 Iyul 2021 08:48

Hər il yay ayları gələndə sağlamlığımız barədə düşünməyə başlayırıq və ilk ağlımıza gələn şey sağlam şəkildə arıqlamaq istəyimiz olur. Çünki sağlam şəkildə arıqlamaq fiziki görünüşümüzü qaydaya salmaqla yanaşı, digər orqanlarımıza da faydalı olur. Sağlam şəkildə arıqlamaq həyatımızı keyfiyyətli edir və orqanizmi möhkəmlədir. Bunu əldə etmək üçün 5 əsas qaydanı həyata keçirmək lazımdır.
Qayda 1.
Sağlam şəkildə arıqlama planına başlayın. Səhər erkən yuxudan qalxın və səhər yeməyinizi yeyin. Bir müddət piyada gəzinin. Günorta və axşam yeməyinizi də vaxtında yeməyə vərdiş edin. Yuxunuzu həmişə normada saxlamağa çalışın. Bioloji saatınızın düzənini pozmayın, çünki yuxu hormonu sayılan melatonin gecə yuxusu zamanı əmələ gəlir və orqanizmin sağlamlığı üçün çox vacibdir. Vaxtında və gün ərzində 3 dəfə qida qəbulu və normal yuxu heç kimin kökəlməsinə səbəb olmur. Saatlarla sakit yuxu sizə arıqlamaqda kömək edəcəkdir.
Qayda 2.
Qidaların miqdarını tamamilə azaltmaq və ya qidadan imtina etmək orqanizmdə vitamin və mineralların miqdarını aşağı salmaqla bərabər ürək-damar xəstəliklərinə, sinir sistemi xəstəliklərinə, sümük əriməsinə, həzm sistemi orqanlarının xəstəliklərinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün oqranizmə proteinli, vitaminli və karbohidratlı qidaları az miqdarda da olsa gün ərzində qəbul etmək lazımdır.
Qayda 3.
Qəbul edilən hər qidanın sağlam və keyfiyyətli olmağı vacıb olan məsələlərdən biridir. Yediyiniz hər bir qidanın tərkibi əhəmiyyət daşıyır. Buna görə də hər önünüzə gələni yemək olmaz.
Qayda 4.
Bol su için. İnsan qida qəbul etmədən günlərlə yaşaya bilir, amma susuz bir-neçə gündən artıq qala bilməz. Orta yaşlı bir adamın bədəninin 59%-ə qədərinin su təşkil edir. Yediyimiz bütün qidalar suyun sayəsində həzmə gedir. Su qəbizliyin qarşısını alır, metobolizmi sürətləndirir, aclıq hissini azaldır, bədəndəki piylərin əriməsi nəticəsində əmələ gələn artıq maddələrin xarıc olunmasına yardım edir.
Qayda 5.
Sağlam arıqlamaq üçün idman etmək lazımdır. Gün ərzində mütləq yarım saat piyada gəzmək arıqlamaq üçün vacib sayılan şərtlərdən biridir.

Milli.Az


Etiketlər:  Yayda əməl olunması gərək 5 qayda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ