Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yerin altında hərəkət edən robot qurdu hazırlanıb - VİDEO

Yerin altında hərəkət edən robot qurdu hazırlanıb - VİDEO

Tarix: 8 Iyul 2021 22:56

İnsanlar yeraltı borular çəkmək üçün və ya torpaq nümunələri götürmək üçün dərin xəndəklər qazmağa ehtiyac duyur. Bu proses çox vaxt, pul və səy tələb edir, buna görə alimlər bu problemin daha sadə bir həll yolunu tapmaq istəyirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yaxın vaxtlarda qərb alimləri öz nümunələrini təqdim edərək, yumşaq torpaqda və ya qumda hərəkət edə bilən robot qurdu hazırlayıb. Bu robot bəzi fantastik janrda çəkilmiş filmlərdə yer altında hərəkət edən canlı varlıq kimi təsvir edilib. Mühəndislərin robot qurdu hazırlamaq niyyəti yox idi, çünki vəzifələri yeraltı borular çəkmək üçün cihaz hazırlamaq idi. Ancaq məlum oldu ki, bu cür robot həmin vəzifənin öhdəsindən ən yaxşı şəkildə gələ blər.

Robotun torpaqda ilişib qalmaması üçün onun baş hissəsi "scincus scincus" kərtənkələsinin baş forması kimi hazırlanıb. Bu canlılar "qum balığı" hesab edilir. Onlar qumun içində kifayət qədər sürətlə hərəkət edə bilir. Kərtənkələnin xüsusi burun formasi saniyədə 15 santimetr sürətlə hərəkət etməyə kömək edir. Robotun tam olaraq nə vaxt sənaye məqsədləri üçün istifadə olunacağı hələ məlum deyil.

Qeyd edək ki, onu yalnız şirkətlər ala biləcək, çünki o, evdə istifadə üçün nəzərdə tutulmayıb.

Milli.Az


Etiketlər:  Yerin altında hərəkət edən robot qurdu hazırlanıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ