Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Ələt-Astara yolunda DYP avtomobili qəzaya düşdü, yol polisi xəsarət aldı

Bakı-Ələt-Astara yolunda DYP avtomobili qəzaya düşdü, yol polisi xəsarət aldı

Tarix: 9 Iyul 2021 11:32

Bakı-Ələt-Astara yolunda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Milli.Az bildirir ki, yolun Cəlilabad rayonundan keçən hissəsində "Hyundai Santa fe" markalı avtomobil idarəetmənin itməsi səbəbindən 99-YP-945 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili arxadan gələrək onlara çırpılıb.

Qəza nəticəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşı xəsarət alıb. DYP əməkdaşı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakı Ələt Astara yolunda DYP avtomobili qəzaya düşdü yol polisi xəsarət aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ