Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metroda qiymət artımının olub-olmaması ilə bağlı RƏSMİ AÇIQLAMA

Metroda qiymət artımının olub-olmaması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 9 Iyul 2021 14:14

"Bakı metropoliteni" QSC sərnicin daşıma qiymətinin artırılması və qiymətin yenidən tənzimlənməsi ilə bağlı bu günədək Tarif Şurasına müraciət ünvanlamayıb.

Sonxeber.net bildirir ki, bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələyə dair metropoliten dəfələrlə mövqeyini bildirərək aydınlıq gətirib.

"Metropoliten hər dəfə sərnişin daşımaya bağlanarkən, bu məsələlər xüsusi gündəmə gəlir. Biz bunu təbii ki, anlayışla qarşılayırıq, çünki metropoliten pandemiyadan ən çox zərər görən müəssisələrdən biridir və bu sualların aktual olması da normaldır. Lakin Bakı metropolitendə sərnişin daşıma qiymətinin tənzimlənməsi Tarif Şurasının səlahiyyətinə daxil olan bir məsələdir. Metropoliten aidiyyatı dövlət strukturları qarşısında o cümlədən Tarif Şurası qarşısında da hesabat verir. Bu hesabatlar illik və müntəzəm olaraq təqdim olunur. Lakin konkret olaraq sərnişin daşıma qiymətinin qaldırılması və yenidən tənzimlənməsi ilə bağlı bu günədək Bakı metropoliteni Tarif Şurasına müraciət ünvanlamayıb", - deyə B. Məmmədov qeyd edib.

QSC-nin rəsmisi metropolitenin bir aya yaxın fəaliyyətinin bərpa edilməsindən danışarkən bildirib ki, yeraltı nəqliyyatın sərnişin daşımasında müəyyən fərqliliklər mövcuddur.

"Pandemiya dövrü, xüsusi karantin rejimi uzadıldığı üçün metropolitenin sərnişin sayında azalmalar var. İyun ayı ərzində metropoliten təxminən 350 - 400 min arası sərnişin daşıyıb. Bu, metropolitenin son dəfə normal fəaliyyət göstərdiyi 2019-ci ilin eyni ayı ilə müqayisədə təxminən iki dəfəyə yaxın azdır", - deyə B. Məmmədov qeyd edib.


Etiketlər:  Metroda qiymət artımının olub olmaması ilə bağlı RƏSMİ AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ