Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfarktdan sonrakı dövrdə mədə-bağırsaq traktının ağırlaşmaları

İnfarktdan sonrakı dövrdə mədə-bağırsaq traktının ağırlaşmaları

Tarix: 10 Iyul 2021 07:12

Miokard infarktından sonrakı dövrlərdə mədə-bağırsaqda bir-sıra ağırlaşmalar meydana çıxır.
Mədə-bağırsaq traktı tərəfindən pozğunluqlar miokard infaktının bütün gediş variantlarında meydana çıxa bilir.Xəstəlik zamanı baş verən çoxsaylı qusmalar xəstənin vəziyyətinin daha da ağırlaşdırır.
Ən çox təsadüf edilən ağırlaşma mədə-bağırsaq traktının parezidir.Bu ən çox yaşlı xəstələrdə rast gəlinir.Mədə-bağırsaq traktının parezi bəzən xəstənin vəziyyətinin ağırlığını müəyyən edə bilir.
Mədə-bağırsaq qanaxmaları real,ciddi təhlükə mənbəyidir.Qanaxmanın səbəbləri müxtəlif ola bilir:
- antikoaqulyantların təsirindən
- aspirinin təsirindən
- stress qanaxmaları
- digər preparatların yüksək dozada təyinindən
Nəzərə almaq lazımdır ki,mədə-bağırsaq qanaxmaları stenokardiya ağrılarını gücləndirə,periinfarkt zədələnmə verə bilər və işemiya zonalarını genişləndirə bilər.Qanaxmalar ürək çatışmazlığı əlamətlərini ağırlaşdırmaq qabiliyyətinə də malikdir.
Qanaxmalar zamanı yaranın perforasiyasına nadir hallarda rast gəlinir.
Miokard infarktı zamanı mədə-bağırsaq traktının parezi çox hallarda narkotik analgetiklərin yanaşı təsiri kimi də meydana çıxır.Belə hallarda həmin dərmanlar kəsildikdən sonra əlamətlər aradan qalxır.Parez dərmanların qəbulu zamanı baş verdikdə xəstənin mədə və bağırsaqları yuyulur.
Miokard infarktından az müddət sonra çoxsaylı qusmalar baş verdikdə qanın elektrolit tərkibini və turşu-qələvi balansını normallaşdırmaq məqsədilə xəstənin vena daxilinə 5%-li qlükoza məhlulu,natrium karbonat köçürülür.
Bəzən miokard infarktı keçirən xəstələrdə inadlı hıçqırmalar baş verir.Bu zaman əzələ daxilinə aminazin vurulur.
Mədə-bağırsaq qanaxmalarında ilk növbdə onu yarada biləcək dərman preparatları kəsilməlidir.Davamlı qanaxmalar zamanı endoskopik müayinə qanaxmanın mənbəyinə yerli təsir göstərmək olar.
Miokard infarktının kəskin dövründə cərrahi müdaxilə o zaman aparılır ki,tətbiq edilən bütün müalicə metodları effektsiz olsun.


Etiketlər:  İnfarktdan sonrakı dövrdə mədə bağırsaq traktının ağırlaşmaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ