Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəşfiyyatçı şəhidimizin döyüş yolu - VİDEO

Kəşfiyyatçı şəhidimizin döyüş yolu - VİDEO

Tarix: 10 Iyul 2021 11:20

Elnur Məmmədov Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub

Milli.Az Real TV-ə istinadən bildirir ki, Vətən müharibəsi zamanı qəhrəmanlarımız şərəf tarixini qanları bahasına yazdılar. Öz adını şərəf tariximizə yazdıranlardan biri də Elnur Məmmədovdur. Elnur Məmmədov müzəffər ordumuzun kəşfiyyatcısı idi. O, 16 sentyabr 1989-cu ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulub. 2008-2012-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında ali təhsil alıb. Elnurun hərbi xidmət yolu 2012-ci ildən başlayıb. Xidmətini bitirdikdən sonra müddətdən artıq hərbiçi kimi ordu sıralarına yazılıb. Elnur Vətən Müharibəsinin hələ ilk başlarından qəhrəmanlıq göstərərək, müxtəlif mövqelərdə döyüşüb. Yaralansa da, geri çəkilməyib, mübarizəyə davam edib. 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayon sərhədində şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elnur Məmmədovun cənazəsi neytral ərazidə qalıb. 49 gün sonra şəhidin cənazəsi ailəsinə təhvil verilib. Anası Mayisə Pirverdiyeva deyir ki, oğlunun şəhidlik zirvəsinə yüksəlməsi yuxu da ona agah olub.

Elnurla bərabər qardaşı İsa da Vətən Müharibəsində torpaqlarımızın azad olunması uğrunda döyüşüb. Şəhidin atası hər iki övladının döyüş yolundan qürurla danışır.

Vətən yolunda canını fəda edən Elnur Məmmədov əkiz övladları yadigar qalıb. ​Şəhid Məmmədov Gəncə şəhər şəhidlər xiyabanında dəfn edilib.

Milli.Az


Etiketlər:  Kəşfiyyatçı şəhidimizin döyüş yolu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ