Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayrılıb özlərinə yeni sevgili tapdılar

Ayrılıb özlərinə yeni sevgili tapdılar

Tarix: 10 Iyul 2021 13:55

Aktyor Kaan Yıldırım ilə yollarını ayıran pop ulduz Hadisənin yeni sevgilisi olduğu məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Hadisə Bodrumda biznesmen Mehmet Dinçerler ilə görülüb. Orada bir restorana əl-ələ gələn cütlük məkanı birlikdə tərk edib. 

Bir neçə ay əvvəl Kaan Yıldırım ilə evlilik hazırlıqları görən müğənninin yeni münasibəti sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.  

Bununla belə, Kaan Yıldırımın da yeni sevgilisi olduğu bəlli olub. Belə ki, o, Çeşmedə məşhur model və aparıcı Çağla Şikellə görülüb. Aktyor bu barədə hər hansı bir açıqlama verməsə də, Şikel onun haqqında "sadəcə dostumdur", - deyə bildirib.

Milli.Az


Etiketlər:  Ayrılıb özlərinə yeni sevgili tapdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ