Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq təşkilatlara Oxçuçay fəlakəti barədə məlumat verilib

Beynəlxalq təşkilatlara Oxçuçay fəlakəti barədə məlumat verilib

Tarix: 10 Iyul 2021 20:18

Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü əsasında "Karabakh is Azerbaijan!" Milli Platforması ilə birgə Ermənistan və Almaniya şirkətlərinin Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı zəhərli tullantılarla çirkləndirməsinə etiraz əlaməti olaraq xüsusi aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Sonxeber.net-a bildirilib ki, pandemiya qaydaları çərçivəsində komitədə təşkil edilən aksiya zamanı könüllülər və platforma üzvləri öz şəxsi elektron ünvanlarından Avropanın müxtəlif ölkələrindəki parlamentarilərə, ABŞ konqresmenlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciət ediblər. Müraciətdə qeyd edilib ki, ekoterrora məruz qalan Oxçuçayın töküldüyü Araz çayı Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə təhlükəlidir. Ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, Ermənistanın 1992-ci ildə imzalanmış Helsinki konvensiyasına qoşulmadığı və öhdəliklərdən yayındığı barədə ətraflı məlumat verilib.

Azərbaycanlı gənclər Qərb siyasətçilərini və beynəlxalq qurumları bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə, Ermənistan hakimiyyətindən öz öhdəliklərini beynəlxalq hüquq çərçivəsində yerinə yetirməyi tələb etməyə çağırıblar.

Aksiya zamanı Qərb siyasətçilərinin və beynəlxalq təşkilatların elektron ünvanlarına ingilis dilində ümumilikdə 100 mindən artıq müraciət göndərilib. Eyni zamanda, sosial şəbəkələr üzərindən də 100-lərlə paylaşımlar edilib.


Etiketlər:  Beynəlxalq təşkilatlara Oxçuçay fəlakəti barədə məlumat verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ