Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peyvənddən dərhal sonra cinsi münasibət... - Nazir müavinindən qəribə açıqlama

Peyvənddən dərhal sonra cinsi münasibət... - Nazir müavinindən qəribə açıqlama

Tarix: 11 Iyul 2021 13:06

Ölkələr koronavirus pandemiyasını nəzarət altına almağa səy göstərdikləri bir vaxtda Rusiyanın Saratov vilayətinin Səhiyyə Nazirliyi tərəfindən ilginc xəbərdarlıq edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Saratov Səhiyyə nazirinin müavini Denis Grayfer peyvənd olunan şəxlərə dərhal cinsi münasibətdə olmamaqla bağlı çağırış edib. O bildirib ki, cinsi münasibət həmin şəxsləri yoracaq.

"Seksə çox enerji sərf edilir. Buna görə də peyvənd olunandan sonra artan stress riskini düzgün dəyərləndirmək lazımdır", - Grayfer bildirib.

Nazir müavini bu "qadağa"nın hansı müddətə qədər davam edəcəyini açıqlamayıb.

Milli.Az


Etiketlər:  Peyvənddən dərhal sonra cinsi münasibət Nazir müavinindən qəribə açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ