Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öz şəklini paylaşdığına görə 150 min ödəyəcək

Öz şəklini paylaşdığına görə 150 min ödəyəcək

Tarix: 11 Iyul 2021 14:38

Müğənni-model Dua Lipa öz şəklini paylaşdığı üçün məhkəməlik olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 25 yaşlı müğənni paparatzilərin çəkdiyi şəkli hesabında yerləşdirdirib. Ardından "Integral Images" fotoda müəllif hüquqlarının pozulduğunu iddia edərək müğənnini məhkəməyə verib.  

Məhkəməyə təqdim olunan sənəddə müğənninin fotonu marketinq vasitəsi kimi paylaşıldığı qeyd olunub. Bu səbəbdən Dua Lipadan 150 min dollar təzminat ödəməsi tələb olunur.

Şirkət təzminatla yanaşı, məhkəmə, vəkil xərclərini qarşılanmasını və gələcəkdə müəllif hüquqlarını pozan hərəkətlərin təkrarlanmaması ilə bağlı qərarın qəbul edilməsini tələb edir.

Qeyd edək ki, sözügedən fotoda müğənni böyük bir şapka taxaraq hava limanından çıxır.

Milli.Az


Etiketlər:  şəklini paylaşdığına görə ödəyəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ