Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 16:48
Bakı. Trend:
Avqustun 5-də əcnəbi vətəndaşa məxsus çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ələsgərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də əcnəbi vətəndaşa məxsus, içərisində 450 manat pul, mobil telefon, maşın açarı və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ələsgərov saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin