Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2019 07:20
Bakı. Trend:
ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) tikinti kranı avtomobil yoluna aşıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə şəhərin yanğınsöndürmə departamentinin "Twitter" səhifəsində bildirilir.
Məlumata əsasən, hadisə nəticəsində 4 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Bundan əlavə bir neçə avtomobilə zərər dəyib.
İnsidentin səbəbi barədə məlumat verilmir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin