Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tarzən vəfat etdi, nəşinə sahib çıxan yoxdur

Tarzən vəfat etdi, nəşinə sahib çıxan yoxdur

Tarix: 12 Iyul 2021 17:40

Bir müddət əvvəl "Elgizlə izlə" proqramına qatılaraq küçədə yaşadığını deyən tarzən Vahid Bağırov vəfat edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, parklarda yaşayan musiqiçi verilişin yaradıcı heyəti tərəfindən sığınacağa yerləşdirilmişdi. O, bu gün səhər saatlarında dünyasını dəyişib.

Sığınacaqdan bildirilib ki, mərhumun nəşinə sahib çıxan olmayıb.

"Kitab oxuyurmuş, qoyub kənara yatıb. Elə yuxuda keçinib. Səhər sığınacağın işçiləri gəliblər ki, yemək gətirib. Görüblər ki, keçinib. gecə yatıb səhər oyanmayıb" deyə, aparıcı Elgiz Əkbər bildirib.

Aparıcı əlavə edib ki, musiqiçinin cəsədi hələ də morqdadır. O, mərhumun qohumlarına səslənərək "Bütün xərci bizim kanal ödəyəcək. Bakı kəndlərindən birindəndir. Kimsəsizlər qəbiristanlığında dəfn olunmasın. Qohumlar sahib çıxsın, valideynlərinin yanında dəfn olunsun" sözlərini söyləyib.

Qeyd edək ki, V.Bağırov həyat yoldaşından ayrılıb. Övladları və keçmiş xanımı ondan imtina edib.


Etiketlər:  Tarzən vəfat etdi nəşinə sahib çıxan yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ