Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şəhidlər ölməz” adlı tədbir keçirilib - FOTO

“Şəhidlər ölməz” adlı tədbir keçirilib - FOTO

Tarix: 12 Iyul 2021 19:42

İyulun 12-də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarımızı tanımaq və tanıtmaq məqsədilə keçirilən "Şəhidlər ölməz" adlı tədbirlər silsiləsindən, şəhid baş gizir Mehman Yusifovun doğum gününə həsr olunmuş növbəti anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, tədbirdə şəhidin yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqdan, eləcə də şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıblar.

Mərasimdə şəhidin yaxınları dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Sonda şəhidə həsr olunmuş videoçarx nümayiş olunub, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi vətənpərvərlik mövzusunda musiqi proqramı ilə çıxış edib.


Etiketlər:  Şəhidlər ölməz adlı tədbir keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ