Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada kiberhücumlarla bağlı fövqəladə vəziyyət rejimi elan edilib

Almaniyada kiberhücumlarla bağlı fövqəladə vəziyyət rejimi elan edilib

Tarix: 12 Iyul 2021 22:12

Saksoniya-Anhalt federal əyalətində fövqəladə vəziyyət rejimi elan edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Almaniya dövlətinin tarixində belə rejim, necə deyərlər, görünməmiş hadisə deyil. Lakin bu dəfə səbəb çox qeyri-adi və bütün ölkə üçün yeni hadisədir.

Bu federal əyalətdə, daha dəqiq desək, Anhalt-Biterfeld dairəsində fövqəladə təhlükəsizlik tədbirləri tətbiq edilməsi haker hücumları riskinin yüksək səviyyədə olması ilə bağlıdır.

Almaniyada indiyə qədər belə hadisə olmayıb. Doğrudur, haker hücumları əvvəllər də qeydə alınıb, lakin fövqəladə vəziyyət rejimi ilk dəfə tətbiq edilib.

Məsələ burasındadır ki, bir neçə gün bundan əvvəl həmin dairənin serverləri kibercinayətkarların şiddətli hücumuna məruz qalıb. Nəticədə yerli administrasiya sistemi təxminən iki həftədə iflic vəziyyətinə düşüb. Bu dövrdə sakinlər sosial ödəniş və müavinətləri ala bilməyiblər. Nəticədə həm iqtisadiyyatın başqa sektorlarında, həm də əhaliyə sosial xidmət sahələrində normal iş rejimi pozulub.

İndi hakimiyyət orqanları tərəfindən tətbiq edilmiş fövqəladə vəziyyət rejimi kiberhücumlara operativ cavab verməlidir. Bölgədə AFR Federal İnformasiya Təhlükəsizliyi İdarəsinin mütəxəssisləri işləyir.


Etiketlər:  Almaniyada kiberhücumlarla bağlı fövqəladə vəziyyət rejimi elan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ