Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı sakinini qətlə yetirən 16 yaşlı oğlan tutuldu

Bakı sakinini qətlə yetirən 16 yaşlı oğlan tutuldu

Tarix: 13 Iyul 2021 10:20

İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Binəqədi rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə istintaq davam edir.


Etiketlər:  Bakı sakinini qətlə yetirən yaşlı oğlan tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ