Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban bayramının layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır - Səttar Möhbalıyev

Qurban bayramının layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır - Səttar Möhbalıyev

Tarix: 13 Iyul 2021 14:06

İyulun 20-si və 21-i ölkəmizdə mübarək Qurban bayramıdır. Bütün dünya müsəlmanları tərəfindən qeyd edilən bu bayram İslam dininin ən müqəddəs bayramlarından biri hesab olunur. Bəşəriyyəti sülhə, ədalətə, bərabərliyə səsləyən İslam dini öz bayramları ilə insanlar arasında mərhəməti, həmrəyliyi, xeyirxahlığı təcəssüm etdirir. Qədim tarixə və mədəniyyətə malik olan xalqımız İslam dünyasının bir parçası kimi bu bayramı dini qaydalara uyğun olaraq hər il böyük Allah sevgisi ilə qeyd edir, qurbanlar kəsir, imkansız ailələrə yardımlar edilir, xeyirxah əməllər təbliğ olunur.

Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, bu dini bayramı ən çətin və ağır siyasi təzyiqlərə, mürəkkəb tarixi şəraitlərə baxmayaraq, xalqımız qoruyub saxlamışdır: "Müstəqillik əldə edildikdən sonra isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bu bayram rəsmi şəkildə qeyd olunmağa başlanıldı. Bayramın müsəlman əhalimiz tərəfindən layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Bu da digər məsələlərdə olduğu kimi xalq və dövlət birliyinin, vəhdətin təzahürüdür. Demək olar ki, bütün imkanlı şəxslər, ictimai təşkilatlar bayramda ehtiyacı olan şəxslərə, həssas əhali qruplarına, uşaq evlərinə, qocalar evlərinə yardımlar edirlər. Yeri gəlmişkən, bu xeyriyyə işində Heydər Əliyev Fondunu və onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamaq istərdim. Hər il Qurban bayramında, həmçinin digər əlamətdar günlərdə Heydər Əliyev Fondu aztəminatlı və digər həssas qruplardan olan ailələrə sovqat paylayır".

"Azərbaycan yeganə ölkədir ki, burada mövcud olan bütün dinlərin nümayəndələri üçün azad və bərabər imkanlar yaradılıb, dini plüralizm, tolerantlıq bütün tərəfləri ilə bərqərar olub. İstər Xiristian, istər Yəhudi, istərsə də İslam dininə məxsus olan dini ayinlər rahat şəkildə icra olunur və bayramlar qeyd edilir. Bu mötəbər günlərdə dini konfessiyaların nümayəndələri vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, bir-birilərini təbrik edirlər. Bu da vahid xaqımızın mənəvi birliyinin əlamətidir", - AHİK sədri əlavə edib.

"Ulu öndər Heydər Əliyev dini bayramlar zamanı həmişə xalqın yanında olmuş, rəsmi olaraq təbrik etmiş, təşkil olunmuş mötəbər dini tədbirlərdə iştirak etmişdir. Onun Prezidentliyi dövründə bilavasitə ulu öndərin təşəbbüsü ilə onlarla məscid tikilmiş və bərpa edilmişdir. Digər dinlərin nümayəndələri də həmişə dövlət qayğıları ilə əhatə onunmuşdur. Bu ənənə bu gün də Prezident İlham Əliyev tərəfində uğurla davam etdirilir. Möhtərəm Prezidentin rəhbərliyi altında Azərbaycan İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin formalaşmasına, islam dəyərlərinin dünyada təbliğinə nümunəvi töhfələr verir. 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi bunun əyani sübutudur. Bundan başqa, 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması Azərbaycanın İslam dininə və mədəniyyətinə verdiyi böyük dəyərdən xəbər verir", - deputat bildirib.

"Hər il Qurban bayramında xalqımız Uca Yaradandan torpaqlarımızın işğaldan azad olunmasını, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını diləyir, bu arzularına qovuşması üçün Allah yolunda qurbanlar niyyət edirdilər. Vətən uğurunda döyüşməyə, bu yolda canından keçməyə hər zaman hazır olan xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək işğal altında olan torpaqlarımızı azad etməklə bu arzusunu reallaşdırdı. Qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir. Cənab Prezidentin göstərişi ilə işğal altından azad edilmiş torpaqlarda ilk olaraq Ermənistan tərəfindən dağıdılmış dini abidələrin bərpasına başlanıldı. Bu, Azərbaycanın tolerant ölkə olduğunu və bu məsələyə nə qədər diqqət yetirdiyini bir daha göstərir", - S.Möhbalıyev qeyd edib.


Etiketlər:  Qurban bayramının layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır Səttar Möhbalıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ