Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistanda sel nəticəsində 8 nəfər ölüb

Özbəkistanda sel nəticəsində 8 nəfər ölüb

Tarix: 13 Iyul 2021 18:42

Özbəkistanda leysan yağışları nəticəsində meydana gələn sel insan tələfatına səbəb olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Özbəkistanın Qırğızıstanla sərhəd Namanqan vilayətində sel nəticəsində 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu gün saat 13:30-da Qırğızıstanın Cəlal-Abad bölgəsində yağan güclü yağışlar səbəbindən Namanqan vilayətində Kasansay çayı daşıb.

Ərazidə axtarış və xilasetmə işləri davam edir.


Etiketlər:  Özbəkistanda nəticəsində nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ