Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 18:55
Müğənni Roza Zərgərli "Onda görüşək" proqramında həmkarı Afət Fərmanqızı ilə qalmaqalından danışıb.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, o sözügedən verilişdə bunları söyləyib:
"Mən ona pis söz deməmişəm. Söylədim ki, Afət yaxşı qızdır, Flora Kərimovanı görəndə qucaqlayıb barışar. Canlı yayımda bunları danışırdım. Bir nəfər yazdı ki, İlhamə xanım olsa, kimsə at oynada bilməzdi. Mən də qayıtdım ki, doğrudur, çünki o sağ olanda iki xalq artisti qalmaqal edirdi, bizə ehtiyac qalmırdı. Bir az zarafatla söz dedim. Bu məsələni saytlar yenidən gündəmə gətiriblər. Afət deyib ki, Rozanın bir kişi ilə şəklini paylaşdım. Burdan hər kəsə elan edirəm. Mən cavab verəndə hamısı susur. Təkrar nəsə deyə bilmirlər. Montaj edilmiş fotoya gəlincə...
Bir jurnalist var idi. O bu fotonu paylaşdırmışdı, mənə layiq olmayan fikirlər yazdırmışdı. Mən də onu məhkəməyə verdim, fotonu ekspertizaya göndərdilər. Məlum oldu ki, bu, montajdır, məhkəməni qazandım. Başqa ifaçılar kimi filankəsi uddum, deyib açıqlamadım. Oğlana dedim ki, bilmədiyin, araşdırmadığın məsələdən yazma. Kiminsə şəxsi həyatına müdaxilə etmək olmaz. Hamısı bunu bayraq ediblər. Məhkəmənin qərarı ilə o fotodan istifadə edənlər və fikir bildirənlər həmin jurnalist kimi təzminat ödəyəcəklər. Ona görə ağıllı olun".