Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun “Delta” ştammı kimlərdə aşkarlandı?

Koronavirusun “Delta” ştammı kimlərdə aşkarlandı?

Tarix: 13 Iyul 2021 23:08

Xəbər verdiyimiz kimi, Azərbaycanda koronovirusun "Delta" ştammı aşkarlanıb.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin birgə açıqlamasında bildirilir.

Milli Hemotologiya və Transfzualogiya Mərkəzinin genetik Diaqnoz mərkəzində koronovirusun genetik variantlarına dair aparılan araşdırmaların növbəti mərhələsində, son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınan nümunələrin 31-də Delta, 9-da isə Britaniya variantı aşkar olunub.

Səhiyyə Nazirliyinin rəsmisi Pərviz Əbubəkirov açıqlamasında bildirib ki, bu virusun yeni və sürətli yayılan variantlarından qorunmağın tək üsulu vaksin olunmaqdır.

"Bütün səhiyyə qurumları adından vətəndaşlarımızdan vaxtında vaksinasiya olunmağı xahiş edirəm", - deyə, o bildirib.


Etiketlər:  Koronavirusun Delta ştammı kimlərdə aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ