Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konfrans Liqası: “Neftçi”nin mümkün rəqibi bəlli olub

Konfrans Liqası: “Neftçi”nin mümkün rəqibi bəlli olub

Tarix: 14 Iyul 2021 20:38

Azərbaycan çempionu UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tiflis) klubunu keçə bilməsə, İsrailin "Makkabi" (Hayfa) komandası ilə üz-üzə gələcək.

"Neftçi"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi dəqiqləşib. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tiflis) klubunu keçə bilməsə, İsrailin "Makkabi" (Hayfa) komandası ilə üz-üzə gələcək.

Hayfa təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Qazaxıstanın "Kayrat" klubuna məğlub olub - 1:1, 0:2.
 
Qeyd edək ki, bu gün "Bakcell Arena"da təşkil olunacaq "Neftçi" - "Dinamo" matçına saat 21:00-da start veriləcək. Gürcütandakı ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1. Növbəti mərhələyə adlamaq üçün bakılılara heç-heçə də sərf edir. Qalib gələn tərəf ÇL-in 2-ci təsnifat mərhələsində Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Konfrans Liqası Neftçinin mümkün rəqibi bəlli olub


RƏYLƏR